HƏRBİ DOKTRİNA

(latın doctrina-təlim) dövlətin Ali hakimiyyət orqanı tərəfindən qəbul edilən, hərbi siyasətin (müdafiənin) ümdə prinsiplərini rəhbər tutan, tam hüquqi qüvvəyə malik olan, dövlət aktı; hərbi quruculuğun istiqamətini, ölkənin və silahlı qüvvələrin müharibəyə hazırladığını, müharibənin aparılması üsul və formalarını müəyyən edən rəsmi baxışlar və müddəalar sistemi, ictimai quruluşun xarakteri, dövlət siyasəti, ictimaiyyətin inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər və mümkünlüyü ehtimal edilən müharibə haqqında təssəvürlərlə bağlıdır. H.D. dövlətin müstəqilliyini və ərazi bütövlüyünü, xalqın təhlükəsizliyini müdafiə edilməsi ideyaları üzərində təşəkkül tapır.
HƏMRƏYLİK
HƏRBİ VƏZİYYƏT
OBASTAN VİKİ
Doktrina
Doktrina — elmi, fəlsəfi və ya siyasi təlim. "Congregation for the Doctrine of the Faith (Roman Catholic Church) - Britannica Online Encyclopedia". Britannica.com. İstifadə tarixi: 2013-03-07. "Congregation for the Doctrine of the Faith". Ewtn.com. 2018-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.
Gizli Doktrina
Müqəddəs Kitablar, dünya planetini idarə edən Yüksək Ruhani Planlar tərəfindən, təkamülün yolunda ilərləməsi üçün bəşəriyyətə müxtəlif zamanlarda endirilən İlahi bilgilərdir. Bu bilgilər, ucsuz bucaqsız maddə Kainatı içində, varlıqların ən ideal şəkildə əsas yolda ilərləməsini və təkamülünü tənzimləmək üçündür. Müqəddəs kitablar, ümumiyyətlə üç əsas məsələni işləyir və bunları əhatə edəcək şəkildə endirilir: keçmişin biliyi, indinin biliyi və gələcəyin biliyi. Varlıqlardan, bu üçünü sintez edərək, indini yaşamaq, yorulmamaq və gələcəyi də bu şəkildə hazırlamaqları istənilir. Bu bir qanundur. Müqəddəs Kitablar, yerdə yaşayan bəşəriyyət üçün, bir və ortaq olan təkamülün həyata keçirilməsi üçün, bir-birindən daha mütəkamül olan bilgiləri əhatə edəcək şəkildə endirilir. Çünki, bəşəriyyətin ilərləyən təkamülü və bunun nəticələri üstdəki məsələlərin olmasını tələb edir. Dzayn kitabı, ən qədim Müqəddəs Kitablardan biri olmaqla yanaşı, o birilər kimi müəyyən dövlərdə təhrif edilmişdir. Buna bəşəri nöqteyi nəzərdən baxdığımız zaman, durulmamış və fırtınalı şəxsiyyətlərin və yetişkinləşməmiş idrakın bunları davamlı olaraq təhrif etdiklərini görürük. Yenə də keçmişdəki kozmik və antropolojik hadisələrin nələr ola biləcəyi haqqında və necə olduqları haqda müəyyən əsas bilgi verən Dzayn kitabı, keçmişin əsas və ən doğru bilgilərinin ortaya çıxardığı yaxın gələcəkdəki bilgi günləri üçün bir hazırlıq olması baxımından əhəmiyyətlidir.
Hüquqi doktrina
Hüquqi doktrina (lat.doktrina-təlim nəzəriyyə) elmin müxtəlif sahələri üzrə problemlərə dair nəzəiyyə, bilik sistemidir. Hüquqi doktrinanın hüququn mənbəyi qismində çıxış etməsi üçün zəruridir; Hüquqi doktrinaya ünvanlanan belə tələb onun hüquqyaratma prosesinki rolundan, hüququn mənəvi əsası qismindəçıxış etməsindən irəli gəlir. Hüquqi doktrina hüququn mənbəyi kimi hələ qədim dövrlərdə tanınmışdı. Qədim Romada məşhur hüquqşunasların rəyləri həm hüquqyaratmada həm də hüquq tətbiqetmədə artıq dərəcədə mühüm əhəmiyyət kəsb etmişlər, Məhkəmə prosesində işlərə baxılması zamanı həlledici amil roluna malik idilər. Qədim Roma tarixi bildirirki,426-cı ildə hüquqşünaslardan iqtibas gətirmə haqqında xüsusi qanunla beş ən məşhur və nüfuzlu hüquqşunasın (Papinian, Pavel, Ulpian, Qay, Modestin) irəli sürdükləri müddəalara hüquqi qüvvə verilmişdir Roma hüquqşünaslarının əsərləri məşhur Yustinian Məcəlləsinə onun tərkib hissəsi qismində daxil edilmişdir. Baş verən mübahisələr səs çoxluğu ilə həll olunurdu, əks halda, yəni ümumi bir rəyə gəlinmədikdə Papinianın rəyinə üstünlük verilirdi. Doktrinaların əhəmiyyəti roman-german hüquq sistemli ölkələrdə (Fransa, İsveçrə, Almaniya, Avstriya və.s) onların hüququn mənbələri iyeyarxiyasında ilkin mənbə statusunda olmaları ilə bağlıdır. Bir məqam da nəzərə almaq lazımdır ki, Qədim Roma hüquqi konsepsiyalarının qəbul edilməsi şərtləndirilmişdir. Sonrakı dövrlərdə doktrinanın hüququn mənbəyi kimi daxil olduğu dünya ölkələrinin hüquq sistemindən asılı olaraq müxtəlif əhəmiyyətə malik olması qeyd olunur. Belə ki, anqlisakson (ümumi) hüquq sisteminin yaranması ilə presedent hüququn formalaşdığı dövrdə hüquqi doktrina mənbələr sistemində kifayət qədər mühüm yer tuturdu.
Hərbi
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Şok və titrəyiş (doktrina)
Şok və titrəyiş (ing. Shock and awe) — “cəld üstünlüyə nail olmaq” konsepsiyasına əsaslanan hərbi doktrina. ABŞ ordusu tərəfindən İraqdakı kampaniya zamanı istifadə edilmişdir. 1996-cı ildə Müdafiə Araşdırmaları və Texnologiyaları İnstitutunun rəhbəri Ceyms Ueyd və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Harlan Ullman tərəfindən hazırlanmışdı. Hədəf təkcə düşmənin silahlı qüvvələri deyil, həm də “geniş mənada oradakı cəmiyyətdir”. Müharibə üç fərqli tamaşaçı üçün televiziyada nümayiş etdirilən bir tamaşadır: Amerika tamaşaçıları, düşmən tamaşaçıları və dünyanın qalan hissəsi. Həm döyüş əməliyyatları, həm də informasiya müharibəsi aparmaq.
Hərbi And
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Hərbi Nəşriyyat
Hərbi Nəşriyyat
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Hərbi bilet
Hərbi bilet — Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Silahlı qüvvələrə və hərbi xidmətə çağırış vaxtı vətəndaşa verilən sənəddir. Vətəndaş ilk öncə şəhər və rayon polis idarələrinin nəzdində fəaliyyət göstərən Tapıntı Bürosundan hərbi biletinin itirməsi ilə bağlı arayış almalıdır: "Vətəndaş əgər işləmirsə məşğulluq idarəsindən arayış gətirməlidir. Eyni halda yerli MİS-dən arayış, şəxsiyyət vəsiqəsinin sürəti və 2 şəkil tələb edilir." Hərbi biletin itirilməsinə görə isə vətəndaş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 355 maddəsinə görə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə — xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilir.
Hərbi blokada
Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər: dövlətlər; şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər; böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr; iqtisadi rayonlar; adalar; boğazlar, körfəzlər; hərbi-dəniz bazaları, limanlar. Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır. Kobani blokadası; Leninqradın mühasirəsi. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Hərbi cinayətlər
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir. Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması; Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik; Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi; Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Hərbi demokratiya
Hərbi demokratiya — Hərbi demokratiyanın mahiyyəti hakimiyyətin ancaq müharibə vaxtı üçün təşkil olunmasındadır. Başçılar krallar, basilevslər, xaqanlar adətən müharibə vaxtı üçün seçilirdilər, dinc vaxtı isə ağsaqqallar idarə edirdi. Hərbi demokratiya nümunəsini məsələn türklərdə atdan düşmədən adlanan quruluşda görmək olar. Müharibə vaxtı hakimiyyətə yiyələnən başçılar dinc vaxtı hakimiyyəti əldən verməmək üçün, daimi müharibələrdə maraqlı idilər. Hərbi demokratiya terminini elmə L. Morqan gətirmişdir. Hərbi demokratiya Homer dövründə (e.ə. 12–9-cu əsrlərdə) yunanlarda və çarlıq dövründə romalılarda (e.ə. 8–6-cı əsrlər) skiflərdə, keltlərdə, qədim germanlarda, normanlarda mövcud olmuşdur. Homerin İlliadasında baş verən Axilleslə Aqamemnon arasındakı mübahisə hərbi demokratiyanın daxili inkişafı nəticəsində müvəqqədi hakimiyyətdən daimi hakimiyyətə keçid əsnasını göstərir. Aqamemnon müvəqqəti başçıdır, lakin o hakimiyyəti əldən vermək istəmir, buna görə də müharibənin qızışdırılmasında maraqlıdır.
Hərbi diplomatiya
Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.
Hərbi ensiklopediyalar
HƏRBİ ENSİKLOPEDİYALAR– hərbi biliklərin müəyyən və ya bütün sahələrini əhatə edib sistemləşdirən elmi-məlumat nəşri. Hərb sənətinin xüsusiyyətləri ilə bağlı məlumatlar (fəsillər, başlıqlar və paraqraflar şəklində) hələ orta əsrlərdə tərtib edilmiş kitablarda öz əksini tapmışdır. 16–17 əsrlərdə hərb sənətinin nəzəri və praktiki cəhətdən inkişafı xüsusi lüğətlərin – leksikonların yaranmasına gətirib çıxardı. C. Polmenin "Bizim əsrdə bütün dünyada, həm dənizdə, həm də quruda baş vermiş məşhur döyüşlər" (1577) və Fransız Giye de Sen-Jorjun "Hərbi adamın bilikləri, yaxud Zadəganın lüğəti…" (c. 1–3, Paris, 1670) əsərləri ilk H.e.-lar hesab edilir. 17–18 əsrlərdə İtaliya, Almaniya və digər Qərbi Avropa ölkələrində forma və struktur cəhətdən çoxcildli ensiklopedik lüğətlərə bənzər hərbi-ensiklopedik kitabların nəşrinə başlanıldı. Rusiyada hərbi mövzuda ilk ensiklopedik nəşrlər 18 əsrin əvvəllərində yarandı. 19 əsrdə hərbi texnikanın sürətlə təkmilləşməsi hərb sənətinin bütün sahələrində dəyişikliklərlə müşayiət olunmuş, müasir məlumatları ümumiləşdirilmiş və sistemləşdirilmiş şəkildə əhatə edən yenilənmiş H.e.-ın yaradılmasına ehtiyac doğurdu. Universal ensiklopediyalarla yanaşı müəyyən hərbi-tarixi dövrü əhatə edən, ayrı-ayrı hərbi silah və texnika növlərindən bəhs edən bircildli soraqçalar da nəşr olunmuşdur.
Hərbi geyim
Hərbi geyim — xüsusi dövlət qaydaları (fərmanlar, sərəncamlar, qaydalar və s.) ilə müəyyən edilmiş hərbçilərin geyməsi üçün müəyyən bir dövlətin silahlı qüvvələrinin və digər birləşmələrin hərbi qulluqçuları üçün məcburi olan geyimlərdir. Haaqa Konvensiyalarına uyğun olaraq, hərbi əməliyyatlar və ya silahlı qarşıdurmalar zamanı hərbi forma geyinmək, hərbçilərin bu statusdan irəli gələn bütün xüsusi hüquqları olan qanuni döyüşçü kimi müəyyənləşdirilməsinin vacib şərtidir. Eyni zamanda, silahlı qarşıdurmanın bu və ya digər tərəfinin silahlı qüvvələrinə mənsub olduğunu açıq şəkildə göstərən nişanlar, hərbi formanın məcburi bir elementidir. Bu cür qarşıdurmalarda iştirak edən xalq milisləri də qeyri-bərabər bir forma geyə bilərlər, lakin fərqlənən nişanlara sahib olmalıdırlar. Hər dövr üçün xarakterik olan hərbi geyimlərin inkişafında ənənə həmişə mühüm rol oynamışdır. Hərbi geyimlərin müasir görünüşü də qədim adət-ənənələrin təsirini göstərir. Zaman keçdikcə müəyyən bir dövrü ifadə edən kostyumun təfərrüatları, orijinal məqsədlərini itirməsinə baxmayaraq, çox vaxt simvolik bəzək şəklində qorunurdu. Kasta sisteminin olduğu dövlətlərdə döyüşçü kastasının geyimləri də ordu formasında idi. Ümumiyyətlə, əvvəlcə silah gəzdirməyə qadir olan hər bir şəxs döyüşçü idi və hər dəfə geyindiyi paltarda müharibəyə gedirdi; xüsusi hərbi zireh çox ibtidai və müxtəlif idi. Ancaq qoşunlarını düşməndən mümkün qədər uzaq bir məsafədən ayırmaq istəyi, qədim zamanlarda silahlı qüvvələrin müxtəlif rəngli paltarlarla bir rəngli paltar və ya ən azı fərqli nişanlara sahib olmağa çalışmasına səbəb olmuşdur.
Hərbi gəmilər
Hərbi gəmilər , ilk növbədə dənizdəki hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş olan gəmi növüdür. Əsasən ticarət gəmilərindən çox fərqli olurlar. Silahlarla təchiz edilməsinin mümkün olması ilə bərabər, kommersiya (ticarət) gəmilərindən fərqli olaraq xəsarətlərə qarşı dözümlü, manevr qabiliyyəti yüksək və sürətli olaraq hərəkət etmək qabiliyyətinə malik olaraq istehsal edilirlər. Kommersiya gəmilərindən fərqli olaraq tipik bir hərbi gəmi sadəcə olaraq silahlar, cəbbəxana və ekipajı üçün ərzaq daşıyır. Əsasən hər hansı bir donanmaya aid olduğu kimi, bəzən xüsusi şirkətlər tərəfindən də istehsal edilmiş olan hərbi gəmilər mövcud olmuşdur. İstehsalı çox qədim zamanlara gedib çıxan bu texnikanın istehsal səbəbi, dəniz və okeanlarda hərbi əməliyyatlar aparmaq qabiliyyətinə malik olmasıdır. Hərbi əməliyyatlar vaxtı hərbi gəmi ilə kommersiya gəmisi arasındakı fərq olduqca aşağı düşür. Müharibələr zamanı kommersiya gəmiləri də silahlandırılır və Birinci dünya müharibəsi zamanındakı Q-ship kimi köməkçi hərbi gəmi (İngiliscə: Auxiliary warship) olaraq da istifadə edilir. XVII əsrə kimi bir kommersiya gəmisinin, bir donanma gəmisinin yarısı qədər hərbi gəmi kimi fəaliyyət göstərməsi normal bir hal hesab edilirdi. Bu vəziyyət XIX əsrdə piratçılıq ilə başa çatdı.
Hərbi həkim
Hərbi həkim ali tibb təhsili olan, tibbi mövqe tutan bir əsgərdir. 1864-cü ildə ilk Cenevrə Konvensiyası tibb işçilərinin xüsusi neytral statusunu müəyyənləşdirdi və bu, "yalnız tibbi" funksiyaları yerinə yetirməyi, müharibə və silahlı münaqişələrin bütün qurbanlarına "qərəzsiz" tibbi yardım göstərməyi özlərinə vəzifə olaraq qoymaq idi. Qədim yunanların qoşunlarında xüsusi həkimləri var idi. Bəziləri yalnız daxili xəstəliklərin müalicəsi ilə məşğul olurdular, digərləri cərrahi. Həkimlər ordunun tərkibini təşkil edirdi, düşərgə qurarkən onların fikirləri soruşulurdu. Onlar İlahiyyat və dünyəvi tibb məktəblərində təhsil alırdılar. Romanın mövcud olduğu dövrdə tibb xəstəliklərinin müalicəsinə ruhların qovulması və müxtəlif batil müalicə metodları öz əksini tapmışdır. Epidemiyaya qarşı müharibə zamanı qoşunlarda dualar təyin olunur, keşişlər müxtəlif dini mərasimlər təşkil edirdilər. Əsgərlər yaralanan zaman bir-birlərini sağaldır və ya təsadüfi həkimlərin xidmətlərindən istifadə edirdilər. Daimi ordu olmadığı üçün daimi hərbi həkimlər olmurdu.
Hərbi jurnalistika
Hərbi jurnalistika — müharibə yaxud hərbi konflikt hallarında münaqişə zamanı əsgərlərlə birgə hərəkət edən və hadisəni onların aspektindən görüb-yansıdan müxbirlər üçün işlədilən termindir. Bu termin haqqındaki qavramlar əvvəllərə dayansa da, mübahisəli şəkildə yayılması 2003-cü ildə başlayan İraq savaşında oldu. Bir çox qələm əhli üçün hərbi jurnalistika sivillər və ordu arasındaki əlaqələri qaydaya salan bir yol idi. Buna görə də bu jurnalistika metodunun geniş istifadə olunduğu zamanlar 2-ci Dünya Müharibəsinə təsadüf edir. Müharibə zamanlarında SSRİ bu metoddan istifadəylə həmin illəri əhatə edən 208 film çəkmişdir və bu günümüzə qədər gəlib çatmışdı. Yazıçılar üçün bu hal Böyük Vətən Müharibəsi zamanı Silahlı Qüvvələr və Jurnalistlər arasındaki münasibətin müsbət olduğunun göstəricisidir. 2003-cü ilin martında -müharibə başlayan zaman- 775 jurnalist və fotoqraf müharibə müxbiri olaraq iştirak etdi. Bu korrespondentlər (müxbirlər) hərbi şöbə ilə müqavilələr bağladılar. Orduların yerləşdiyi məkan, planlaşdırılan əməliyyatlar və silahlar haqqında məlumatları əks etdirən informasiyaları yaymayacaqlarına dair söz verdilər. Müharibə müxbirlərinin hazırlığı 2002-ci ilin, noyabr ayında müharibə başlamazdan əvvəl başlandı.
Hərbi kadens
Hərbi kadens (ing. Military cadence) — silahlı qüvvələrdə ənənəvi olaraq marş və qaçış zamanı istifadə olunan iş mahnısı. Kadenslər şifahi hərbi folklordur və buna musiqi aləti tələb olunmur.
Hərbi kommunizm
Hərbi kommunizm — 1918–1920-ci illərdə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə RSFSR-in iqtisadi siyasətidir. "Hərbi kommunizm" siyasətinin ən mühüm tədbirləri: iqtisadiyyatın hərbi tələbat üçün yenidən qurulması, iri, orta və qismən də xırda sənayenin milliləşdirilməsi, xüsusi ticarətin qadağan edilməsi, ərzaq sapalağının (yəni kəndlilərin artıq ərzaq məhsulunu möhkəm qiymətlərlə dövlətə məcburi qaydada təhvil verməsi) tətbiqi, bölüşdürmənin mərkəzləşdirilməsi (kartoçka sistemi), ümumxalq əmək mükəlləfiyyəti və əmək haqqının ödənilməsində bərabərçiliyin gözlənilməsi. 1921-ci ildə "Hərbi kommunizm" siyasəti yeni iqtisadi siyasətlə (YİS) əvəz olunmuşdur. Məktəblinin tarix lüğəti.
Hərbi kəşfiyyat
Hərbi kəşfiyyat — hərbi əməliyyatlar zamanı bir ərazidəki təbii xüsusiyyətlər və düşmən haqqında məlumat əldə etmək üçün həyata keçirilən fəaliyyət. Hərbi kəşfiyyat nümunələrinə piyada əsgərlər, hərbi gəmilər və ya sualtı qayıqlar, pilotlu və ya pilotsuz uçuş aparatları və süni peyklər tərəfindən həyata keçirilmiş olan patrullar və ya gizli müşahidə nöqtələrinin qurulması daxildir. Casusluq əsasən hərbi kəşfiyyat sayılmır, çünki bu iş əsas qüvvələrin qabağında işləyən hərbi təyinatlı xüsusi qüvvələr tərəfindən həyata keçirilir. Cəsuslar düşmən mövqelərinin arxasında mübarizə aparırlar.
Hərbi magistr
Hərbi magistr (lat. Magíster mílitum — ordu magistrı, silah magistrı ya hərbi magistr) — Roma İmperiyasının son dövrünə aid yüksək hərbi rütbə ya vəzifə. IV əsrin ortalarında Böyük Konstantin tərəfindən pretoriya prefektlərinin hərbi funksiyası əllərindən alındıqdan sonra bu vəzifə təsis edilmişdir. Əvvəlcə iki vəzifə: piyadalar magistrı (lat. magister peditum) və suvari magistrı (lat. magister equitum, bu vəzifə hələ Roma Respublikası dövründə mövcud olmuşdur) təsis edilir. Piyadalar magistrı daha böyük sayılırdı. Öz növbəsində həm piyadalar həm də suvarilər rəisi hər iki qoşun növünə rəhbərlik etməyə başlayırdı və müvafiq olaraq bu vəzivə piyada və suvarilər rəisi (lat. magister equitum et peditum) və ya hər iki ordunun rəisi (lat. magister utriusquae militiae) adlandırılırdı.
Hərbi maşın
Hərbi maşın və ya hərbi avtomobil bir nəqliyyat vasitəsi növüdür. Bütün quru qoşunlarının döyüş texnikası və nəqliyyat vasitələri hərbi maşınlara daxildir. O, hərbi qüvvələr üçün nəzərdə tutulmuşdur və hərbi hissələr tərəfindən geniş formada istifadə olunur. Bir çox hərbi maşınların zirehləri və ya yolsuzluq imkanları mövcuddur. Cenevrə konvensiyalarına müvafiq olaraq, ərazi təcili yardım maşınları və mobil ilk yardım məntəqələri kimi bütün qeyri-döyüş hərbi maşınları müvafiq və aydın şəkildə işarələnməlidirlər.
Hərbi mühəndis